Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şizofreniya xəstəliyi insanı bu hallara sala bilər - Həkim rəyi

Şizofreniya xəstəliyi insanı bu hallara sala bilər - Həkim rəyi
Sakura

Şizofreniya xəstəliyi insanı bu hallara sala bilər - Həkim rəyi

Şizofreniya düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Statistikaya görə, dünyada 60 milyona yaxın şizofren var. Şizofreniya sözünün mənşəyi iki yunan sözü - “parçalanma” və “fikir”ə dayanır.

Həkim psixiatr Orxan Fərəcli Metbuat.az-a açıqlamasında deyib ki, xəstəlik daha çox 17-25 yaş aralığında olan insanlarda rast gəlinir. Xəstəliyin yaranmasında genetik faktor böyük rol oynayır.

Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir.

Həkimin sözlərinə görə, əgər valideynlərdən hər hansı biri şizofrendirsə, uşağın xəstə olma ehtimalı 10-13, hər iki valideyn xəstədirsə, bu zaman ehtimal 40 faizdir.

“Şizofreniya zamanı xəstənin düşüncələri dəyişir. Xüsusən bizim “özünü böyütmə sayıqlamaları” dediyimiz hallar yaşanır. Məsələn, bir neçə nümunə çəkəcəm. Belə xəstələr həyat yoldaşlarını qısqanır, düşünürlər ki, həyat yoldaşları onlara xəyanət edir, “Mən peyğəmbərəm”, “mənə vergi verilib”, “qulağıma səslər gəlir”, “yeni din yaratmışam” kimi fikirlərə qapılırlar. Onlar özlərini yüksək siyasi şəxslərlə bir tuturlar, “yağış yağdıraram”, “günəş çıxardaram” deyərək xüsusi bacarıqlarının olduğunu vurğulayırlar. Bunlarla yanaşı xəstələrdə enerji tükənməsi olur. Əgər hər hansı şəxsdə bu əlamətlər varsa, həkim mütləq müayinə etməlidir. Çünki şizofreniyaya oxşar bir çox xəstəliklər var. Bəzən bunları şizofreniya ilə qarışdırırlar. Xəstəyə dəqiq dioqnoz qoyulduqdan sonra dərman müalicəsinə keçirik. Əgər pasiyent özünə və ətrafındakılara zərər vuracaq dərəcədədirsə, xəstəxanaya yatırtmaq lazımdır”- deyə psixiatr bildirib.

Orxan Fərəcli qeyd edib ki, xəstəliyin tam sağaldıqdan sonra qayıtma ehtimalı var, buna görə də xəstələrə uzunmüddətli müalicələr tətbiq edilir.

Həkim əlavə edib ki, panik ataklı xəstələr qorxurlar ki, gələcəkdə ağır dərəcəli şizofren olarlar, özlərinə nəzarəti itirərlər. Onlar atakları tutduğu zaman beyinlərdindən bu cür mənfi hisslər keçirirlər, ancaq bu qrup şəxslərin şizofrenik olma riskləri yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR