Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şizofreniya xəstələri hisslərini idarə edə bilmir?

Şizofreniya xəstələri hisslərini idarə edə bilmir?
Sakura

Sadə dillə desək, iştirakçılar "siz kin, utanma, həyacan və s. hissləri harda hiss edirsiniz?" sualına…

Bütün hisslər bədəndə öz əksini tapır və biz normal olaraq onu izləyə bilirik. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şizofreniya xəstələrində bu proses daha radikal şəkildə baş verir.

Vanderbilt universitetinin araşdırmaçıları nəzarət qrupları ilə şizofreniya ilə əlaqəli subyektləri müqayisə edib. Onlardan bədənin kompüter xəritəsini doldurmaq xahiş edilib. Və bu müddətdə onların keçirdikləri emosiyalar nəzarət altında olub.

Sadə dillə desək, iştirakçılar "siz kin, utanma, həyəcan və s. hissləri harda hiss edirsiniz?" sualına cavab verməli olub.

Hər iki qrupun nəticələri fərqli olub. Nəzarət qrupu 13 fərqli duyğu üçün konkret "hisslər modeli" qurub.

Şizofreniya xəstələri isə bədən xəritəsində hisslərini müəyyənləşdirə bilməyib.

Alimlər hesab edir ki, şizefroniya xəstələrinin hisslərini adekvat şəkildə müəyyən edə bilməməsinin səbəbi emosional qarışıqlıqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR