Sizi yaşama ruhlandıracaq 15 dahi fikir
Siz daha yaxşı yaşamaq üçün nə gözləyirsiniz? Nə olacağına ümid edirsiniz? Nə üçün hərəkətə keçmirsiniz?
Adətən yeni il, yeni ay və ya yeni həftə ərəfəsində insanlar çoxlu planlar qurur, özlərinə və yaxınlarına vədlər verir və dəyişəcəklərinə inandırırlar. Amma çox keçmədən bu sözlər unudulur, tutduğunuz gündəlik- qeyd dəftəri yazdığınız notların və xəyəlların qəbiristanına dönüşür. Röyalarınızı gerçəkləşdirmək üçün addım atmaq əvəzinə gözləmə donuna girirsiniz.
Bu vərdişlərdən qurtulmaq üçün, sizi yaşama ilhamlandıracaq15 dahi fikirlə baş-başa qoyuram.
Oxuyun, amma çox da düşünməyin, hərəkətə keçin.
“Həyatındakı iki ən vacib gündən biri doğulduğun, ikincisi isə niyə doğulduğunu anlayacağın gündür”. – Mark Twain
“Həyatı çox ciddiyə alma, heç kəs ondan sağ qurtulmur”. – Elbert Hubbard
“Cəmi üç sözlə həyat haqqında öyrəndiyim hər şeyi yekunlaşdıra bilərəm: O, davam edir”. – Robert Frost
İtirilmiş zaman heç vaxt geri qayıtmır. – Benjamin Franklin
Nəzərində saxla ki, böyük eşq və böyük nailiyyətlər – böyük risk tələb edir, – Dalai Lama
“Öyrənməklə bağlı ən gözəl şey -heç kəs onu səndən geri ala bilməz ” – B.B King
“Təcrübəsizlik bir aktivdir. Ondan yararlan”. – Wendy Kopp
“Dəyişiklik biz başqa birini və ya başqa bir zamanın gəlməsini gözlədiyimiz sürəcə gəlməyəcək. Gözlədiyimiz insan elə biz özümüzük. Axtardığımız dəyişiklik biz özümüzük.” – Barack Obama
“Mənim limitim səma deyil…. Mənəm”. T.F. Hodge
“Həyat ya məftunedici əyləncədir, ya da ümumiyyətlə heç nə deyil”. – Helen Keller
“Dayanmadığın müddətcə nə qədər asta getdiyin önəmli deyil”. – Konfutsi
“O qədər çox insan arzularını gerçəkləşdirmir, çünki qorxuları ilə yaşamağı seçir – Les Brown
“Güc və ya zəka deyil, davamlı səylər potensialımızı açacaq əsas açardır”. – Winston Churchill
“Bacaracağına inan. Artıq yolun yarısını qət etmiş olacaqsan. Theodore Roosevelt
“Uğur əlimizdə olanla, əlimizdən gələnin ən yaxşısını etməkdir. Uğur prosessdir, nəticə deyil, o cəhd etməkdə özünü göstərir, zəfər göstərməkdə deyil. Şəxsi bir standard, fərdi bir meyardır, içimizdə olan ən yüksəyə çatmaqdır, ola biləcəyimiz hər şeyə dönüşməkdir. Zig Ziglar
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət