Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sızanaqlardan xilas olmaq üçün asan MASKALAR

Sızanaqlardan xilas olmaq üçün asan MASKALAR
Sakura

Sızanaqlardan xilas olmaq üçün asan MASKALAR

Dəridəki sızanaqlar insanı həmişə narahat edir və ən arzu edilməyən vaxtlarda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər. Məsələn, çoxlu şirniyyat, şokolad yeməkdən və yaxud orqanizmdəki problemlərdən. Bunun nə qədər xoşagəlməz olduğu isə hamıya məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Hər kəsin evdə edə biləcəyi asan üsularla da sızanaqlardan qurtulmaq olar.

Əvvəlcə ondan başlayaq ki, əlinizi üzünüzə mümkün qədər az vurun, üzünüzdə yaranan sızanaqlara toxunmayın. Çünki, bilməyərəkdən üzünüzə mikrob sala bilərsiniz.

Ens.az Redaktor.az-a istinadən sızanaqlara qarşı hazırlanan maskaları təqdim edir:

- Yarım limon, 1 xörək qaşığı şəkər tozu götürürük. Sonra yarım limonun suyunu bir qaba sıxırıq. Daha sonra içərisinə şəkər tozu qataraq yaxşıca qarışdırırıq. Təmiz yuyulmuş üzünüzə, göz ətrafına diqqətlə çəkib,15 dəqiqə gözlədikdən sonra ilıq suyla üzünüzü yuyun.

- 3 tabletka aspirin, qaynadılmış və ya mineral qazsız su və 1 çay qaşığı bal götürürük. Sonra aspirini əzib su ilə pasta düzəldirik (1 damcı su bəs edər), 1 qaşıq balı da əlavə edib yaxşıca qarışdırırıq. Eyni qalınlıqda üz dərimizə və ya həmən sızanaq və ləkələr olan nayihəmizə çəkirik və 20 dəqiqə gözləyib ilıq su ilə yuyuruq.

- 4 damcı su ilə 2 tabletka aspirin qarışdırılır və 1 qaşıq qatıq əlavə edib dəriyə çəkirik və 20-30 dəqiqə saxlayıb ilıq su ilə yuyuruq.

- Sızanaq izlərindən qorunmanın ən yaxşı yolu dəri məsamələrini təmiz saxlamaq, sızanaq meydana gəlməsini azaltmaqdır. Zeytun yağı dəri məsamələrini çirkdən, yağdan təmizləyər və kiçilmələrini təmin edər. Zeytun yağını bir az isidib barmaq uclarınızla yüngülcə masaj edərək üzünüzə çəkin. Masajdan sonra ilıq suyla təmizləyə bilərsiniz.

- Bal həm dərini nəmləndirər, həm də sızanaq izləri üçün təbii bir maska olaraq istifadə edilə bilər. Ləkələrə çəkdikdən sonra 10-15 dəqiqə gözləyib, sonra ilıq suyla yuya biərsinız.

- Dərini yeniləyən, ləkələrin rənginin açılmasına köməkçi olan və iltihablı sahələri yatıran xiyarı dilimləyərək üzünüzə yerləşdirə bilərsiniz. 10-15 dəqiqə gözləməniz yetərli olacaq.

- Bir ədəd alma və 3 yemək qaşığı balı götürürük. Almanı dilimləyib üzərinə balı əlavə edirik. Sonra 15 dəqiqə üzdə gözlətdikdən sonra, ilıq su ilə yuyuruq. Ancaq maskaları həftədə 2 dəfədən artıq istifadə etmək olmaz. Arada fasilələr edib yenidən təkrarlamaq daha məsləhətlidi.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR