Diş məcunu ilə sızanaqları qurutmadan əvvəl dəri tipini nəzərə almaq olduqca mühüm əhəmiyyət kəsb edir
Diş məcunu ilə sızanaqları qurutmaq son zamanlarda geniş yayılmış üsullardan biridir. Ancaq bu təbii üsulu sınaqdan keçirməzdən əvvəl dəri tipini nəzərə almaq olduqca mühüm əhəmiyyət kəsb edir.
Publika.az bu yazıda oxucuları diş məcununun sızanaqlara təsiri ilə tanış edib.
Diş məcununun tərkibi dəri üçün həm faydalı, həm də ona zərər verə biləcək kimyəvi maddələrdən ibarətdir. Hidrogen peroksid, qabartma tozu və spirt kimi kimyəvi maddələr dərini dərindən təmizləyərək məsamələri örtür. Bu səbəbdən də diqqətli olmaqda fayda var. Diş məcununun tərkibindəki bu komponentlər dərini qurudur və qırışların yaranmasına gətirib çıxarır. Həmçinin diş məcununun tərkibindəki metanol dərinin iltihablanmasın səbəb ola və sızanaqları daha da ağırlaşdıra bilər. Odur ki, diş məcunu sızanaqları aradan qaldırmaq üçün əlverişli vasitə deyil.
İdman edin
İdman edən şəxslərin dərisi daha təmiz olur. Qaraciyərdə əmələ gələn piylənmənin ən böyük səbəblərindən biri də hərəkətsiz həyat tərzidir. Qaraciyərdə əmələ gələn piylənmə cildinizdə sızanaq və qara nöqtə əmələ gəlməsinə birbaşa səbəb olur. Sızanaqları diş məcunu ilə qurutmaq əvəzinə hərəkətli və sağlam həyat tərzinə üstünlük verin. Beləliklə həm dəriniz sağlam olacaq, həm də bədəniniz.
Sızanaqların qarşısını alan üsullar
Yastıq üzlərini davamlı olaraq dəyişdirin. Bu, cildinizdə meydana gələ biləcək hər hansı bir sızanaq probleminin qarşısını alacaq. Yastıqda yığılan toz və çirk dəri məsamələrini dolmasına gətirib çıxarır.
Gözəllik yuxusu
Gözəllik yuxusu həqiqətdir və birbaşa dəri sağlamlığına təsir edir. Yxuda olarkən bədən toxumaları bərpa olunur və ümumi sağlamlığı yaxşılaşdırır. Yuxu çatışmazlığı dərini solğun göstərir. Orqanizmin özünü təmir edə bilmədiyi zaman kollagen istehsalı ləngiyir, dəri sallanır, ləkələr əmələ gəlir və üzünüz çox yorğun görünür. Odur ki, hər gün 8 saat yatmağa çalışın.
Aytən
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət