Slimfit
  1. SİYASƏT

Siz özünüz buna ciddi nəzarət edirsiniz - İlham Əliyev

Siz özünüz buna ciddi nəzarət edirsiniz - İlham Əliyev
Sakura

Siz özünüz buna ciddi nəzarət edirsiniz - İlham Əliyev

Türkmənistanın bitərəf ölkə kimi bütün dünya birliyi tərəfindən tanınması və Sizin yürütdüyünüz fəaliyyət xətti türkmən xalqının, habelə Sizin dostlarınızın və tərəfdaşlarınızın ümidlərinə və mənafelərinə tamamilə uyğundur.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

"Biz, qonşularınız və mehriban dostlarınız kimi Sizin uğurlarınıza həmişə sevinirik. Dəfələrlə Türkmənistanda olarkən həmişə ölkənizin çox sürətli, dinamik inkişafını görürəm. Bilirəm ki, dövlətinizin inkişafının bütün mərhələlərinə, o cümlədən şəhərsalma ilə bağlı məsələlərə Siz özünüz ciddi nəzarət edirsiniz. Keçən dəfə mən çox müasir idman qurğuları ilə də tanış olmaq imkanı əldə etdim. “Asiada”nın uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istərdim. Belə genişmiqyaslı idman yarışlarının keçirilməsi həm müasir infrastruktur, həm də təşkilatçıların peşəkarlığını, ustalığını tələb edir. Buna görə Sizi bu böyük beynəlxalq uğur münasibətilə bir daha səmimi qəlbdən təbrik etmək istərdim.

Aşqabadın müasirləşməsini və inkişafını Sizin gözəl ölkəyə səfər edən hər kəs görür. Bu gün qardaş Türkmənistanın gücü və müasirliyi bunda da əks olunur", - Prezident qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR