Dərc edildi: Baxış sayı: 1203
Siz nə dərəcədə nəzakətlisiniz? Psixoloji test
Müəyyən vəziyyətlərdə sizin reaksiyanız necə olardı? Nə edərdiniz? 3 variantdan birini seçin və nəticəyə baxın.
- Əgər dostunuz onun sevgi macərasının bitdiyini və ya ailəsinin dağıldığını desə, siz:
- nə baş verdiyini soruşacaqsınız – 3;
- deyəcəksiniz ki, bu məsələyə qarışmaq istəməzsiniz – 0;
- onun danışmaq istədiklərini sona qədər dinləyəcəksiniz – 10.
- Uzun müddətdir görmədiyiniz dostunuzla görüşsəniz və onun çox kökəldiyini görsəniz siz:
- dostunuza yaman kökəldiyini deyəcəksiniz – 0;
- ona yaxşı görünməsi haqqında xoş söz deyəcəksiniz – 0;
- heç nə deməyəcəksiniz – 10.
- Qonşu sizə uğurlu alış-veriş etdiyi barədə məlumat verir. Əgər siz həmin əşyanı daha ucuz ala biləcəyiniz yer bilirsinizsə, onda siz:
- qonşunuza səhv etdiyini deyəcəksiniz – 0;
- başqa mağazalara da getməyi məsləhət görəcəksiniz – 3;
- bu alış-verişin sizin fikrinizcə uğurlu olması barədə fikir söyləməyəcəksiniz – 10.
- Siz həmkarlarlınızla qrup şəklində şəhər kənarı gəzintiyə gedibsiniz. Aydın olur ki, onlardan biri pulu evdə unudub. Siz:
- qürurla onun əvəzinə ödəyəcəyinizi deyəcəksiniz – 0;
- heç nə deməyəcəksiniz – 3;
- ona sakitcə onun da xərclərini ödəyə biləcək məbləğdə pulunuzun olmasını söyləyəcəksiniz – 10.
- İşə qəbul olmaq üçün siz müsahibədən keçməlisiniz. İşlə təmin edənin konservativ baxışlarının olmasını bilərək siz:
- siz sərbəst geyim geyinəcəksiniz – 0;
- sanballı, modadan çıxmış pencək geyinəcəksiniz – 3;
- ciddi stildə tikilmiş dəbli iş pencəyi geyinəcəksiniz – 10.
- Sizi nahara dəvət ediblər. İkinci yeməyi verərkən siz onun dadlı olmadığını hiss edirsiniz. Bu zaman siz:
- boşqabı kənara çəkəcəksiniz – 0;
- dietada olduğunuzu söyləyəcəksiniz – 3;
- maraqlı söhbət edərək yeməyin kiçik bir hissəsini yeyəcəksiniz – 10.
50-60. Siz yeni dostlar tapırsınız və başqalarına münasibətdə diqqətcil olmağınızın hesabına nadir hallarda hücum obyektinə çevrilirsiniz.
30-49. Ümumilikdə siz açıq insansınız. Bəzən başqalarının xətrinə dəyirsiniz, lakin bunu qəsdən etmirsiniz.
0-29. Görünür sizi başqalarının nə hiss etdiyi maraqlandırmır. Bu əlaqələrin yaxşılaşdırılması üçün yaxşı yol deyil.
Müəllif: Famil Ələkbərov
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət