Slimfit
  1. CƏMİYYƏT

Siyəzəndən Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü və 27 sərnişini saxlanıldı

Siyəzəndən Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü və 27 sərnişini saxlanıldı
Sakura

Siyəzəndən Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü və 27 sərnişini saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, sözügedən qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyərkən rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.  

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.

Sürücü M.Məhərrəmov və  27 sərnişin barəsində İXM-nin 211.1-ci maddəsi üzrə protokol tərtib edilib, onlar cərimə olunublar.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR