Slimfit
  1. AZƏRBAYCAN

Siyavuş Novruzov: "Vaxtilə haqqı olan insanlar kənarda qalıb, haqqı olmayanlar veteran vəsiqəsi alıblar"

Siyavuş Novruzov: "Vaxtilə haqqı olan insanlar kənarda qalıb, haqqı olmayanlar veteran vəsiqəsi alıblar"
Sakura

Siyavuş Novruzov: "Vaxtilə haqqı olan insanlar kənarda qalıb, haqqı olmayanlar veteran vəsiqəsi alıblar"

“Azərbaycanda 60 min müharibə veteran var. Vaxtilə haqqı olan insanlar kənarda qalıb, haqqı olmayanlar veteran vəsiqəsi alıblar, haqqı olanların haqqını mənimsəyiblər”.

Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Qeyd etdiyim rəqəm sırf birinci Qarabağ müharibəsi ilə bağlı olanlardır. Bu, kifayət qədər böyük rəqəmdir. Hazırda veteran vəsiqələrinin verilməsi qanunvericiliklə tənzimlənir”, -  deputat əlavə edib.

S.Novruzov şəhid ailələrinə verilən müavinət məsələsinə də toxunub. O deyib ki, bəzən vəsaitin alınması ilə bağlı ailə üzvləri arasında fikir ayrılığı olur: “Valideyn deyir ki, şəhid olan mənim övladımdır, vəsait mənə verilməlidir. Həyat yoldaşı da vəsaiti özü istəyir. Qanunvericiliyə görə, vəsait şəhidin ailə üzvünə ödənilməlidir. Bu məsələ qanunvericiliklə tənzimlənsə də, müəyyən problemlər qalmaqdadır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR