Slimfit
  1. DÜNYA

Siyarto: "Trampın Zelenski ilə görüşü kimin sülh, kimin müharibə tərəfdarı olduğunu göstərdi"

Siyarto: "Trampın Zelenski ilə görüşü kimin sülh, kimin müharibə tərəfdarı olduğunu göstərdi"
Sakura

Siyarto: "Trampın Zelenski ilə görüşü kimin sülh, kimin müharibə tərəfdarı olduğunu göstərdi"

"ABŞ Prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında fevralın 28-də Ağ Evdə baş tutan görüş kimin sülh, kimin müharibə tərəfdarı olduğunu açıq şəkildə göstərdi".

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikri ABŞ liderini dəstəkləyən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto öz "Facebook" səhifəsindəki postunda qeyd edib.

"Dünən heç vaxt olmadığı qədər hamıya aydın oldu ki, kim sülh istəyir, kim müharibə istəyir. Kim qətlləri dayandırmaq istəyir, kim davam etməsini istəyir. Kim sağlam düşüncə əsasında hərəkət edir, kim müharibənin davam etdirilməsi naminə insan həyatını, milyardlarla avronu əsirgəmir", - deyə o bildirib.

"Prezident Donald Trampın sülhü dəstəkləyən çıxışı son üç ilin ən böyük hadisəsi oldu. Ümid edirik ki, Donald Tramp ABŞ və Rusiya arasında danışıqlarda uğur qazanacaq, çünki yalnız ABŞ-Rusiya razılaşması sevimli Mərkəzi Avropamıza sülhü qaytara bilər", - Siyarto əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR