Dərc edildi: Baxış sayı: 394
"Siti" 80 milyon avroluq təklifi rədd etdi
"Mançester Siti" futbolçusu Leroy Sane üçün "Bavariya"nın göndərdiyi təklifi rədd edib.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Mançester klubu almanların 80 milyon avroluq təklifini müsbət cavablandırmayıb.
"Siti"nin Sane ilə yeni müqavilə imzalamağa çalışdığı iddia olunub.
Qeyd edək ki, "Bavariya"nın Robben və Riberinin əvəzləyici kimi 23 yaşlı yarımmüdafiəçini transfer etmək istədiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət