Slimfit
  1. DÜNYA

"Şişirtməyin, öz düzəltdiyinizi öldürdünüz" - Trampın Bağdadi açıqlamasına ironiyalı reaksiya

"Şişirtməyin, öz düzəltdiyinizi öldürdünüz" - Trampın Bağdadi açıqlamasına ironiyalı reaksiya
Sakura

"Şişirtməyin, öz düzəltdiyinizi öldürdünüz" - Trampın Bağdadi açıqlamasına ironiyalı reaksiya

“Şişirtməyin, öz yaratdığınızı öldürdünüz”.

Publika.az xəbər verir ki, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilarının lideri Əbubəkr əl-Bağdadinin ölümünü elan etməsinə reaksiya olaraq deyib.

Nazir tvitterində bunları yazıb: “Çox da şişirtməyin, öz yaratdığınızı öldürdünüz”.

İran hökumətinin mətbuat katibi Əli Rəbiyi isə tvitter hesabından məsələyə münasibət bildirərkən qeyd edib ki, təşkilat hələ də böyüməyə davam edir. Bağdadinin öldürülməsi İŞİD-in sonunu gətirməyəcək.

Qeyd edək ki, Ağ Evdə açıqlama verən Donald Tramp əməliyyatlardan sonra Bağdadinin ölü ələ keçirildiyini bütün dünyaya elan edib. O, Bağdadinin kamikadze jiletini partladaraq 3 övladı ilə birlikdə öldüyünü açıqlayıb: “Bir it kimi, qorxaq kimi öldü. Artıq dünya daha təhlükəsiz bir yerdir. Təxminən bir neçə həftədir izləyirdik. Sonunda orada olduğunu öyrəndik. Bölgəyə 8 helikopterlə endik. Bir çox döyüşçü də qurudan hərəkət etdi. Pusqu qurduqları üçün tunelləri partladaraq irəlilədik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR