Slimfit
  1. CƏMİYYƏT

Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb

Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb
Sakura

Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb

Şirvanda itkin düşən 80 yaşlı kişi İmişli rayonunda tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, təxminən, saat 23 radələrində 1940-cı il təvəllüdlü Nağıyev Rəhbər Şəkəralı oğlu İmişli rayonunda tapıldığı məlum olub. 

Belə ki, İmişli sakini tərəfindən APA-nın səhifəsində oxuduğu məlumat onun tapılmasına yardımçı olub. 

Rayon sakini Şirvan Polis Şöbəsinin növbətçi hissəsinin telefonuna zəng edərək onu öz evinə apardığını və yaxınlarına bu barədə məlumat vermələrini xahiş edib. 

İtkin düşən R.Nağıyevin qohumları APA-ya öz təşəkkürlərini bildirib.

Yaxınlarının bildirdiyinə görə, ahıl kişinin itkin düşməsinə səbəb onun yaddaş pozğunluğu olub.

Qeyd edək ki, avqustun 18-də axşam saatlarında Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11, mənzil 34-də yaşayan R.Nağıyevin evdən çıxaraq bir daha geri qayıtmaması haqqında məlumat verilmişdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR