Slimfit
  1. İQTİSADİYYAT

Şirkətlərin media reytinqi açıqlanıb

Şirkətlərin media reytinqi açıqlanıb
Sakura

Şirkətlərin media reytinqi açıqlanıb

Media Consulting and Services media monitorinq qrupu 01-30 aprel 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Şirkətdən Trend-ə verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanalı, 13 radio dalğası; 55 çap və 600 online media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.

Mobil rabitə

Azercell 1746

Nar 1452

Bakcell 1260

Bank sektoru

ABB 1450

Kapital Bank 1253

Paşa Bank 771

Accessbank 733

Unibank 526

Sığorta sektoru

Atəşgah 296

AXA MBASK 205

PAŞA 185

Ata 176

Günay 141

Ali məktəblər

BDU 2223

UNEC 1464

ADU 1109

ATU 1039

ADA 868

Hotel

Landmark 133

Hilton 131

Fairmont 64

JW Marriott Absheron 60

Hyatt Regency 55

Qeyd edək ki, aylıq nəticələr agentliyin facebook, twitter və web səhifələrində də yerləşdirilib.

Əlavə etmək istərdik ki, elan olunan statistika yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq istəyən şəxslər office@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.

Media Consulting and Services Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimizin əsas istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir. Media Consulting and Services hazırda bir çox yerli və xarici brendlərə peşəkar xidmət göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR