Slimfit
  1. MARAQLI

Şirkət 10 milyonu işçiləri arasında böldü — Yeni il sürprizi

Şirkət 10 milyonu işçiləri arasında böldü — Yeni il sürprizi
Sakura

Şirkət 10 milyonu işçiləri arasında böldü — Yeni il sürprizi

ABŞ-ın Yuta ştatında Solt-Leyk-Siti şəhərindəki “St. Jhon Properties” adlı daşınmaz əmlak şirkəti işçilərinə qeyri-adi Yeni il sürprizi edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əyləncəli gecə təşkil edən şirkətin baş direktoru Edvard Sent-Con 10 milyon dollarlıq pul mükafatı təyin etdiyini bildirib və işçilərə əllərindəki zərfləri açmalarını söyləyib. Şirkət rəhbəri 198 nəfər işçisinin hər birinə orta hesabla 50 min dollar verib. Ən kiçik mükafat isə 100 dollar olub. Bu məbləğ şirkətdə cəmi bir gün çalışanlara verilib. Ümumilikdə bonusun məbləği işçinin şirkətdə olma müddətindən və iş təcrübəsindən asılı olub. Gecədə əməkdaşlardan birinə verilən ən böyük mükafat məbləği 270 min dollar təşkil edib.

İşçilər Edvar Sent-Conun bu sürprizi qarşısında göz yaşlarını saxlaya bilməyiblər və pulun onların bir çox ehtiyacını ödəyəcəyini bildiriblər.

Şirkət rəhbəri isə daha sonra açıqlamasında atdığı addımla bağlı bunları deyib:

“Bir şənlik hazırlamaq və bu cür sürprizlə insanların həyatına rəng qatmaq istəyirdim. Gəminin başında mən dayanmışam, amma bu gəmini idarə edənlər onlardır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR