Slimfit
  1. CƏMİYYƏT

“Şirin Su” butilləşdirilmiş suyun premium sinfinə qədəm qoyur

“Şirin Su” butilləşdirilmiş suyun premium sinfinə qədəm qoyur
Sakura

“Şirin Su” butilləşdirilmiş suyun premium sinfinə qədəm qoyur

“Şirin Su” şirkəti Azərbaycanda ilk dəfə olaraq suyun şüşə bidonlarda 100 manata satışına başlayıb.

“Şirin Su”yun məhsul çeşidlərinə keyfiyyətcə yeni məhsul daxil edilib. Bu, premium 15 litrlik böyük şüşə bidonlarda təklif olunan sudur. Məhsul şirkətin VİP müştəriləri üçün nəzərdə tutulub.

“Şirin Su” brendinin təsisçisi Elşad Əliyevin sözlərinə görə, USS GROUP vaxtaşırı marketinq araşdırmaları aparır:

“Araşdırmaların əsas məqsədi şirkətin buraxdığı məhsulun gözləntilərə uyğun olmasıdır. Biz premium sinif müştərilərinin sorğularının tədricən inkişafına diqqət yetirdik. Bu kateqoriya məhsulu mass-market üçün nəzərdə tutulmamış digər qablaşdırmada almaq istəyir. Biz bu istəkləri qarşılayaraq, şüşə tarada su buraxmağa başladıq”.

Xatırladaq ki, “Şirin Su” artıq yeddi ildən artıqdır, suyu 19 litrlik polikarbonat tarada buraxır və hazırda öz sinfində lider mövqelərdə qərarlaşıb. Bu istehsalçının suyu gözəl keyfiyyətə və dada malikdir, buna görə də istehlakçılar arasında böyük tələbat var.

E.Əliyev bildirib ki, butilləşdirilmiş su hələ də təkcə Azərbaycanda deyil, həm də bütün dünyada ən çox tələbat olan mallardan biridir. Hətta bu yaxınlarda yaşanan böhranlı illərdə içməli suyun satış həcmi azalmayıb. Əksinə, az da olsa, artım müşahidə olunub. Bu tendensiya bir çox hallarda onunla əlaqədardır ki, dünyada sağlam həyat tərzi fəal təbliğ edilir. Sağlam həyat tərzi qidada qəbul edilən suyun keyfiyyəti ilə birbaşa bağlıdır.

Bununla belə, təkcə sıravi istehlakçılar arasında deyil, həm də korporativ seqment tərəfindən məhsula maraq artır. Bu, həm içməli su satışının artması və müvafiq olaraq onun istehsalçılarının gəlirlərinin artması, həm də biznesin, ümumilikdə ölkə bazarının inkişafı baxımından əlverişli faktordur.

Müştərilər suyun keyfiyyəti ilə yanaşı, daha bir neçə tələb irəli sürürlər. Onların arasında maksimum ekoloji tara və rahat çatdırılma da var. Bununla belə, son illər VİP xidmətlərə tələbat artıb. Hər bir şirkətin vəzifəsi bu tələbatı vaxtında qarşılamaqdır.

“Biz müştərilərin bütün sorğularını nəzərə aldıq. “Şirin Su”yun 15 litrlik böyük şüşə bidonlardakı məhsulu və xüsusi su nasosları ilə yanaşı, şirkət “Premium” sinifli çatdırılmanı təklif edir”, - E.Əliyev qeyd edib.

Bir ədəd premium şüşənin qiyməti 100 manat təşkil edir. Premium sinifli şüşə tara 70 manat, su nasosu 25 manat, suyun özü isə 5 manatdır. Növbəti sifariş zamanı isə yalnız suya görə ödəniş etmək lazım olacaq.

Qeyd edək ki, şüşə tara bir çox istehlakçının ürəyincə olacaq. Xüsusi dizaynda hazırlanmış tara maksimum estetikdir və istənilən interyerə asanlıqla uyğun gəlir. Bundan başqa, bu, daha bərk, təhlükəsiz, gigiyenik və ekoloji qablaşdırma növüdür.

Onun üstünlükləri məlumdur: şüşə qablardakı su öz fiziki və kimyəvi xassələrini asanlıqla qoruyur. Əgər əl dəyməmiş plastik qabda suyun saxlanma müddəti altı ay təşkil edirsə, şüşə tarada bu, iki ilədək çata bilər.  

“Şirin Su”yun bu və digər məhsulları ilə bağlı bütün sualları şirkətin saytına, brendin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsinə ünvanlaya, eləcə də, *5020, (+99412) 595-50-20 nömrələrinə zəng edə, yaxud office@shirinsu.az e-mail ünvanına yaza bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR