Dərc edildi: Baxış sayı: 714
Şirəkli Həsən - Var
Qəribliyə gedən oldum, a dağlar,
Amanatm neçə-neçə sözlü var.
Mən getməzdim bəxtim qara gəlməsə,
Ol Gümrüdə dərdli alagözlü var.
Sevişmişdik, sərvət düşdü araya,
Qız atası tamah saldı paraya,
Dağıl dünya, işə pullar yarayar,
Saf könülü belə yıxdı, üdü var.
Yazıq Həsən öz köyündən ayrıldı,
Gözəl günlər getdi, göyə soruldu.
Başım üstə qəm qılıncı sıyrıldı,
Bu ayrılıq , dağlar, mənli-sizli var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət