Slimfit
  1. MARAQLI

Siqareti tərgidənlər üçün 5 məsləhət

Siqareti tərgidənlər üçün 5 məsləhət
Sakura

Mütəxəssislər siqaretdən imtina etdikdən sonra ağciyərləri təmizləmək üçün beş məsləhət verdi

Ens.az xəbər verir ki, bir çox insanlar siqaret çəkmək kimi zərərli vərdişdən qurtulmaq haqqında düşünürlər. Onlar bilirlər ki, bu onların ağciyərlərinin təmizlənməsinə səbəb olacaq, amma bu prosesi nəyin sürətləndirəcəyini bilmək istəyirlər.

Bunu nəzərə alaraq, mütəxəssislər siqaret çəkməkdən tam imtina etməkdən sonra ağciyərləri təmizləmək üçün beş məsləhət verdilər. Təbii ki, onlar təkcə təmiz havada gəzinti ilə əlaqədar deyil.

İlk məsləhət quşüzümündən aktiv istifadədən ibarətdir. Məhz bu giləmeyvə ağciyərlərdə olan bir çox kirpiklərin təmizlənməsinə ən çox töhfəni verir.

Məhz onlar insan aktiv siqaret çəkdiyi zaman belə tüstüdə olan tütün məmulatlarındakı maddələr tərəfindən bloklanır. Bununla yanaşı onun əsas təyinatı orqanizmə qəbul edilən hava ilə düşən kanserogenlərdən qorumaqdır.

Mütəxəssislərin fikrincə, onların təmizlənməsi gündəlik rasionda bir ovuc quşüzümünün olması ilə daha da aktivləşəcək.

İkinci məsləhət zəncəfil çayına daha çox diqqət ayırmaqdan ibarətdir. Bunun səbəbi siqaret çəkənlərin uzun müddət nikotinin təsiri altında zəifləyən ağciyərlərə sahib olmaları ilə bağlıdır.

Buna görə də onlarda müxtəlif iltihablaşma prosesləri baş verir. Zəncəfilin isə iltihab əleyhinə əla təsir göstərir.

Üçüncü məsləhətdə isə sağlam qidalanma prinsipinə riayət etmək tövsiyə olunur. İnsan siqaretdən imtina etdikdə onun rasionu daha müxtəlif olmalıdır. Onda mütləq böyük miqdarda təzə məhsullar, həmçinin meyvə və tərəvəzlər olmalıdır.

Faydalı xüsusiyyətləri olan mikroelementlərlə zəngin qidalar oqranizm və onun immunitetini möhkəmləndirməyə başlayacaq. Üstəlik o, həm də siqaret çəkilən dövrdə yığılmış zərərli komponentlərin daha aktiv şəkildə bədəndən çıxarılmasına səbəb olacaq.

Əlbəttə ki, təmiz havada gəzintilərsiz keçinmək mümkün deyil. Onlar ağciyərlərin normal fəaliyyətini yaxşıca bərped edir.

Beşinci məsləhətdə deyilir ki, passiv siqaret çəkmək ehtimalından mümkün qədər qaçmaq lazımdır. İş burasındadır ki, o, insanın qurtulduğu zərərli vərdişlərinə qayıtmağa təkan verə bilər.

Bundan əlavə kifayət qədər zəifləmiş bir orqanizmə kanserogenlərin yeni dozaları daxil olmağa davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR