Slimfit
  1. DÜNYA

Sinqapurda 1,5 milyon xəstənin tibbi kartı ələ keçirilib

Sinqapurda 1,5 milyon xəstənin tibbi kartı ələ keçirilib
Sakura

Sinqapurda 1,5 milyon xəstənin tibbi kartı ələ keçirilib

Kütləvi kiberhücum nəticəsində hakerlər Sinqapurun ən böyük klinikası  “SingHealth”in 1,5 milyon pasiyentinin məlumatlarına müdaxilə ediblər. Yerli KİV artıq bunu ölkə tarixində ən böyük kiberhücum adlandırıb.
 
ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, məlumata görə, hakerlər “SingHealth” klinikasının təxminən 1,5 milyon pasiyentinin şəxsi profilini və 160 min xəstənin tibbi kartını oğurlayıblar. Maraqlıdır ki, həmçinin Sinqapurun baş naziri Li Syanlun üçün yazılmış  resept də ələ keçirilib. Hakimiyyət nümayəndəsi deyib ki, bu, yaxşı planlaşdırılmış kiberhücum olub.
 
“SingHealth” klinikasından bildirilib ki, hakerlər pasiyentlərin ad, elektron poçt, doğum tarixi, qeydiyyat nömrələrini ələ keçirsələr də, onların xəstəlikləri haqda informasiya əlçatmaz olub. Maraqlıdır ki, hakerlər tibbi karta heç bir zərər vurmayıblar.
 
Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR