Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sink koronavırus ilə mübarizə aparmağa kömək edir. Onun istehlakını necə artırmaq olar?

Sink koronavırus ilə mübarizə aparmağa kömək edir. Onun  istehlakını necə artırmaq olar?
Sakura

Sink koronavırus ilə mübarizə aparmağa kömək edir. Onun istehlakını necə artırmaq olar?

Ens.az bildirir ki, sink immuniteti artırır və onun istehlakı yeni  koronavirus  infeksiyasına  qarşı mübarizənin ən yaxşı yollarından hesab olunur. Bu  minerallar ilə zəngin  olan  qidaları öz rasionunuza  əlavə etmək lazımdır.

Sinkin  orqanizmi koronavirusdan xilas etməsi və bunun üçün sehrli  müalicə ola biləcəyinə dair heç bir elmi sübut yoxdur.  Amma  minerallar  həqiqətən immuniteti artırır və bədənimizin ehtiyac duyduğu əsas qidalardan biridir.

"Sink eyni zamanda qidalandırıcı maddələrinin mənimsənilməsini təmin edir və orqanizimdə  toxumaların  bərpa proseslərini yaxşılaşdırır.  Bədənimiz sink yığa bilmir, onu gündəlik qidalarla  qebul etmək vacibdir "- The Health Site portalının mütəxəssisləri bildirirlər.

Sink qəbulunu necə artırmaq olar?

Daha çox ət yeyin.  Qırmızı ət əla sink mənbəyidir: məsələn, 100 qram qoyun ətində təxminən 4 mq sink, həmçinin zülallar, B vitaminləri və immunitet üçün lazımı yağlar var.  Lazım olan qədər qəbul etmək lazımdır , həddindən artıq qəbul etdikdə  ürək xəstəliyi, xərçəngin müəyyən növlərinin riskini artıra bilər.

Dəniz məhsulları.  Onlar  aşağı kalorili əla  sink mənbəyidir.  Krivetka, xərçəngkimilər və midilər - hətta dəniz yosunu da bədənin koronavirusa qarşı daha effektiv mübarizə aparmağına kömək edir.

Qida rasionunuzu paxlalı bitkilərlə zənginləşdirin.  Mütəxəssislər bunları  gündəlik rasionun bir hissəsi etməyinizi  məsləhət görürlər.  Yalnız 100 qram qaynadılmış mərcimək bədənin sinkə olan gündəlik tələbatının 12 faizini təşkil edir.

Mənbə: www.med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR