Dərc edildi: Baxış sayı: 662
Sinişa Mixayloviç koronavirusdan sağaldı
İtaliya "Bolonya"sı koronavirusa yoluxmuş baş məşqçisi Sinişa Mixayloviçlə bağlı məlumat yayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, klub serbiyalı mütəxəssisin sağaldığını açıqlayıb. Onun son iki testinin nəticəsi mənfi çıxıb.
50 yaşlı baş məşqçinin sabahdan komandadakı işinin başına qayıdacağı bildirilib.
Qeyd edək ki, avqustun 23-də virus aşkarlanan S.Mixayloviç həm də onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət