Slimfit
  1. MƏŞHURLAR

“Sinifdə nar çubuğu ilə yaxşıca döyülmüşəm” – Xalq artistinin məktəb xatirəsi

“Sinifdə nar çubuğu ilə yaxşıca döyülmüşəm” – Xalq artistinin məktəb xatirəsi
Sakura

“Sinifdə nar çubuğu ilə yaxşıca döyülmüşəm” – Xalq artistinin məktəb xatirəsi

AzEdu.az hamının  tanıdığı  sənət adamları, ictimai  şəxslər, idmançılar, media nümayəndələrinin məktəb  illərindən bəhs edən  silsilə yazılarını davam etdirir.

Budəfəki qonağımız Azərbaycanın Respublikasının Xalq Artisti, aktyor Ramiz Novruzdur. Görək, o, məktəb illəri ilə bağlı  bizə  nəyi etiraf edəcək. Orta məktəb illərində futbol oynamağı xoşladığını deyən R.Novruz humanitar fənləri daha çox sevdiyini bildirib:

“Məktəb illərində  futbol oynamağı çox sevirdim. Bir az böyüyəndən sonra dram dərnəyi təşkil etməyə başladım və tamaşalarda oynadım. Açıq etiraf edim ki, dərslərimdə çox yaxşı şagird olmasam da, lazımlı və aktiv məktəbli olmuşam. Məktəb illərindən bütün tədbirlərdə iştirak etmişəm. 

Xatırlayıram, bir dəfə müəllim “Böyüyəndə kim olmaq istəyirəm” haqqında inşa yazısını yazmağı tapşıranda,  mən  ənənəvi formada deyil, məktub şəklində yazdım.  İnşa yazısını hətta belə başladım: mən bu mövzunu  9-cu sinfə kimi dəfələrlə yazmışam, amma hər dəfə   yalan yazmışam. Daha sonra  isə aktyor olmaq istədiyimi əlavə etdim. Bu hadisə məktəbdə rezonans yaratdı və məni aktyor kimi tanıdılar.

Bundan sonra  riyazi və dəqiq elmlərdən dərs deyən müəllimlər məni incitmədilər. Əgər bu hadisə baş verməsə idi, məni çox incidərdilər.    

Dərslərimdə ümumiyyətlə, həvəsli olsam da, amma əlaçı şagird olmamışam. Humanitar sahəyə aid fənləri - Ədəbiyyatı,Tarixi, Coğrafiyanı yaxşı bilirdim”.

Ramiz Novruz orta məktəb illərində  yadda qalan və gülməli hadisələrini də bizimlə bölüşüb:

“ Orta məktəb xatirələrindən  mənim üçün gülməli və  yadda qalan bir çox hadisələr var.  Müəllim bizə Cəlil Məmmədquluzadənin “Pirverdinin xoruzu”  hekayəsini oxumağa vermişdi.

Sinifdə bir dostumuz vardı, Həsənağa,  çox baməzə şagird idi. Bir sinif yoldaşımızın da  atasının adı Pirverdi idi. Müəllim sual verdi ki, hekayəni kim oxuyub?  Həsənağa hekayəni oxumaya-oxumaya  dedi ki, “mən” və   lövhəyə çıxdı. O, lövhənin  qarşısında gülüşünü  saxlaya bilməyib,  əli ilə ağzına  tutur və hekayənin adını deyə bilmirdi.  Müəllim axırı dedi ki, hekayənin adını söylə!  Həsənağa   da əlini həmin dostumuza  uzadıb, “Pirverdinin xoruzu” dedi . Əslində o həmin hekayəni oxumamışdı, sadəcə, “Pirverdinin  xoruzu” sözünü demək üçün lövhənin qarşısına  çıxmışdı...  (gülür)

Məktəb illərində çox zaman Riyaziyyat dərsində iştirak etmir, dərsdən qaçırdım. Evə gəlib yalandan deyirdim ki,  dərs bitdi, mən də geri qayıtdım. Onu da qeyd edim ki, heç vaxt yadımdan çıxmaz 10-cu sinifdə oxuyanda bir dəfə sinifdə nar çubuğu ilə də yaxşıca döyülmüşəm.

Ümumiyyətlə, kitab mütaliə etməyi xoşlayıram.  Ən son oxuduğum kitab  Qurban Səidin “Əli və Nino” romanı olub. Bir şeyi açıq etiraf edim ki, çox zaman mən vacib olan  şeyləri oxumağa vaxt edirəm. Ssenarilər, seriallar çox olduğundan yəni lazım olanı yox bu dəqiqə hansı əsər vacibdirsə onu oxuyuram”.     

Qeyd edək ki, Ramiz Novruz 1974-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu  fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Teatr sənətindəki xidmətlərinə görə  O,1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb . 2018-ci ildə isə  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR