Slimfit
  1. AZƏRBAYCAN

Sınaq imtahanlarında yenilik

Sınaq imtahanlarında yenilik
Sakura

Sınaq imtahanlarında yenilik

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə onlayn sınaq imtahanları keçirəcək.

DİM-dən Publika.az-a verilən məlumata görə, onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər hazırda qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınağa yazılıb günün istənilən vaxtında imtahanı verə bilərlər.

Qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə isə yeni test tapşırıqlarının istifadə olunacağı sınaq imtahanlarına qeydiyyat aparılır. İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.İmtahanda iştirak haqqı 3 manatdır.

Qəbul imtahanının birinci mərhələsində (buraxılış imtahanında) abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Abituriyentlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. Xatırladaq ki, sınaq imtahanında abituriyentlərin imtahan verəcəyi səhifədə audiofayl yerləşdiriləcək və onlar dinləyib-anlama bacarıqlarını da yoxlaya biləcəklər.

Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR