Slimfit
  1. TEXNOLOGİYA

Simsiz qurğu eyni anda bir neçə telefonu enerji ilə doldurur

Simsiz qurğu eyni anda bir neçə telefonu enerji ilə doldurur
Sakura

Simsiz qurğu eyni anda bir neçə telefonu enerji ilə doldurur

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri eyni anda bir neçə qurğunu enerji ilə dolduran simsiz akkumulyator hazırlayıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, səssiz və simsiz qurğu "Pi" adlanır. İnstitut mütəxəssisi Con Makdonaldın sözlərinə görə, "Pi" eyni anda bir neçə qurğu ilə işləyə bilməsinə görə oxşar qurğular arasında unikaldır. Müəyyən yerdə dəqiq yerləşməni tələb etməyən bir neçə (4-dək) telefon və ya planşeti eyni mənbədən enerji ilə doldurmaq mümkündür. Simsiz akkumulyator qurğuları maqnit dalğaları vasitəsilə enerji ilə doldurur. Qurğu yaradıcıları bildirib ki, bu, enerjinin portativ elektronikaya təhlükəsiz köçürülməsi üçün ideal üsuldur.
 
"Pi" texnologiyası qurğunun batareyasının enerjisinin hansı səviyyədə olmasını müəyyənləşdirir və maqnit sahəsini ona uyğun tənzimləyir. Texnologiya istifadəçinin telefonu müəyyən yerdə yerləşdirməsini tələb etmir. Hazırda qurğu prototipini telefon və kiçik qurğuların enerji ilə doldurulması üçün istifadə etmək olar, lakin alimlər tərəfindən növbəti 5 ildə onun müxtəlif əlavələr üçün təkmilləşdirilməsi planlaşdırılır.
 
Nizam Nuriyev 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR