Dərc edildi: Baxış sayı: 610
Şımpırlı Sevgili - Mənim
Ayrılmışam halalımdan,
Pərişandı halım mənim.
Yarım çıxmır xəyalımdan,
Yatıbdı yığvalım mənim.
İtirmişəm Mahmudumu,
Fələk verən dərd budumu?
Kəsməmişəm umudumu,
Artıb qeylü-qalım mənim.
Sevgiliyəm, qəm çəkərəm,
Gözlərimdən yaş tökərəm.
Yar yoluna göz dikərəm,
Bükülübdür belim mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət