Dərc edildi: Baxış sayı: 504
Şımpırlı Sevgili - Eylədi
Yarın naməsi yetişdi,
Ürəyimi şad eylədi.
Darda qalan ufacığı,
Qəfəsdən azad eylədi.
Dilbilməzdim - tutulaşdım,
Eşqə dolub qatılaşdım.
Belə niyyət tutmamışdım,
Görklü Məhəmməd eylədi.
Haqqım mənə əta verdi,
Ağlım alan badə verdi,
Sevgiliyə buta verdi,
Admı Mahmud eylədi!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət