Slimfit
  1. İDMAN

Simeon Slavçev: “Qarabağ”ın futbolçusuyam və heç yerə getmirəm”

Simeon Slavçev: “Qarabağ”ın futbolçusuyam və heç yerə getmirəm”
Sakura

Simeon Slavçev: “Qarabağ”ın futbolçusuyam və heç yerə getmirəm”

“Legioner həyatımda ilk dəfə çempion oluram. Biz mövsüm boyu çəkdiyimiz əməyin bəhrəsini gördük”.

ONA-nın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Simeon Slavçev deyib.

Ağdam klubu ilə Topaz Premyer Liqasının çempionu olan bolqarıstanlı yarımmüdafiəçi bu uğuru barədə təəssüratlarını açıqlayıb: “Bu, bizim zəhmətin mükafatıdır. İlk çempionluğum olduğu üçün mənim üçün çox xoşdur. Mən Kiprdə “Apollon”la kuboku qazanmışam. Lakin çempionatdakı qələbə ayrı emosiyadır. Buna görə də çox həyəcanlıyam”.

Gələcək karyerası barədə danışan S.Slavçev “Qarabağ”dan ayrılmayacağını bildirib: “Mən “Qarabağ”ın futbolçusuyam və heç yerə getmirəm. Mənim komanda ilə müqaviləm var. Öncədən mənə komandaya uyğunlaşmaq üçün vaxt lazım idi. “Qarabağ” ailəyə bənzəyir ki, bu da məni xoşbəxt, növbəti çempionluq və özümü göstərməyə daha da motivasiya edir”.

Qeyd edək ki, S.Slavçev 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR