Slimfit
  1. CƏMİYYƏT

Simax Şeyda “Qızıl sünbüllər” kitabını kitabxanalara hədiyyə etdi

Simax Şeyda “Qızıl sünbüllər” kitabını kitabxanalara hədiyyə etdi
Sakura

Simax Şeyda “Qızıl sünbüllər” kitabını kitabxanalara hədiyyə etdi

Almaniyada yaşayan şair Simax Şeyda Azərbaycanın dilbər guşələrindən biri Oğuzda anadan olmuşdur. Uzun illərdir Vətəndən uzaqda – Almaniyada yaşayan şairin mütəmadi olaraq Azərbaycana gəlməsi, burada kitablarını nəşr etdirməsi artıq ənənəyə çevrilmişdir. Yeni nəşr olunmuş “Qızıl sünbüllər” kitabı da bu ənənənin davamıdır.

Simax Şeyda müəllifi olduğu yeni çapdan çıxmış “Qızıl sünbüllər” kitabını Yasamal rayon MKS-inə hədiyyə etdi. “Qızıl sünbüllər” kitabı tanınmış uşaq şairinin sayca otuz üçüncü, uşaqlar üçün isə on üçüncü kitabıdır. “Qızıl sünbüllər” kitabı 50-dən artıq yanıltmac, beş mənzum nağıldan (“İki qardaş”, “Zərgərin oğulları”, “Xəzinə axtaran kişi”, “Gözəlim, Dəcəlim, Tənmbəlim” və “Qızıl sünbüllər”) ibarətdir.

Onun şeir və nağıllarında xalqımızın əməksevərliyi, insanların həyatı, Qarabağın başına gətirilən müsibətlər poetik şəkildə təsvir olunub. Tanınmış tənqidçi-alim Vaqif Yusifli Simax Şeydanı “mənzum nağıllar ustası” adlandırır. Oqtay Zülfüqarov, Nadir Əzimov və Xaliq Qədirov şairin şeirlərinə mahnı bəstələyiblər. Bir neçə şeirləri də “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”na daxil edilib.

Simax Şeyda əvvəllər də Yasamal rayon MKS-inə “Yoxdur belə nənədən”, “Topçu Həsən”, “Qürbətdən gələn səslər”, “Oğuzda izim var”, “Rübailər”, “Nəğməli meşə”, “Bircə bunu bilmirəm”, “Nağıl istəyən qız”, “Yer üzünün mələkləri” və “Ovçu ayı” kitablarını hədiyyə etmişdir. Azərbaycanda olarkən, Simax Şeyda Yasamal rayon Mərkəzi Kitabxanasının kollektivi ilə görüşmüş və “Qızıl sünbüllər” kitabının əlyazmasını kitabxanaçılarla müzakirə etmişdir.

 Mənbə: strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR