Şimali Koreyada insanlara tətbiq olunan 15 qadağa
Şimali Koreyada insanlara çox şeyi etməyə icazə vermirlər. Bizimyol.info həmin qadağaların siyahısını sizə təqdim edir:
1. Xaricdə istirahət
Nəinki xaricdə istirahətə, heç adicə qonşu ölkələrə keçməyə də icazə yoxdur. İnsanlar tam qapalı şəraitdə saxlanılır. Daha çox Çinə qaçmaq imkanı var. Amma bu ölkənin Şimali Koreya ilə qonşu kəndlərində adamlar koreyalıları tutub, pul müqabilində geri vətəninə qaytarırlar.
2. İdman avtomobilləri
Sıravi koreyalının adi avtomobili də olmur. Bir neçə vəzifə adamı özünə bu lüksü rəva görə bilər. Heç kimin idman avtomobili yoxdur.
3. “Apple”
Yerli əhali yüksək texnologiya cihazlarından istifadə edə bilmir. Koreyalıların “Apple” məhsullarından da xəbəri yoxdur. Şimali Koreya öz planşetlərini istehsal etməyə hazırlaşır.
4. Konsertə bilet
Xarici musiqi qruplarını ölkəyə buraxmırlar. Axırıncı dəfə 2015-ci ildə Sloveniyadan “Laibach” gəlmişdi.
5. Wi-Fi və beynəlxalq telefon əlaqəsi
Şimali Koreya mənbələri ölkədə 1 milyon insanın mobil telefondan istifadə etdiyini bildirirlər. İnandırıcı deyil. Ölkədə xeyli adamın “Wi-Fi” şəbəkəsindən xəbəri yoxdur. Beynəlxalq telefon əlaqəsini isə heç kim ağlına da gətirmir.
6. Qərb jurnalları
Şimali Koreyada Qərb mətbuatını oxuya bilmirlər. Yerli mətbuatda isə yalnız Çuçxe ideyaları təbliğ olunur.
7. Kabel televiziyası
Ölkədə 4 rəsmi telekanal var. Hamısı hakimiyyətə xidmət edir. Ciddi senzura ilə fəaliyyət göstərirlər.
8. “Starbucks”
Söhbət təkcə “Starbucks”dan getmir. Qərbdən gələn hər şeyə qadağa var. Qida sektorunda da. Yerli “Ryongwang” şəbəkəsi populyardır.
9. Yeni il yolkası
Şimali Koreya rəsmi ateist ölkədir. Heç kimin evində Yeni il yolkası yoxdur.
10. Dizayn olunmuş ayaqqabı
Burada dəblə ayaqlaşmaq mövzusu müzakirə olunmur. Yəni kim nə tapırsa, onu da geyinir. Yalnız Çinlə sərhəd rayonlarda qadınlar yüksəkdabanlı ayaqqabılar əldə edə bilir.
11. Mülkiyyət
Koreyalıların hər şeyi hökumətindir. Şəxsi eviniz də ola bilməz.
12. Qadın bezləri
Şimali Koreyada qadınların işi lap çətindir. Gigiyenaya diqqət yetirmək üçün vasitələr yoxdur.
13. Saç düzümü
Qadınlara 18, kişilərə 15 saç formasından istifadəyə icazə verilib. Ölkə lideri Kim Çen In şəxsən özü bu məsələyə diqqət yetirir.
14. “Coca-cola”
Koreyalılar bu içkinin də dadına baxa bilmirlər. Ümumiyyətlə, Şimali Koreyanın öz içkiləri daha çox istifadə olunur. Alternativ olmadığına görə.
15. Qərb modası
Qərb mədəniyyətinə qarşı ciddi mübarizə gedir. Məsələn, ölkəyə cins gətirilməsinə imkan verilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət