Dərc edildi: Baxış sayı: 450
Şimali Koreya yeni raketləri sınaqdan keçirdi
Şimali Koreya hərbi qüvvələri daha bir neçə raketi sınaqdan keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Youhap” agentliyi Cənubi Koreyanın Baş Qərargahına istinadən məlumat yayıb.
Məlumata görə, buraxılış Şimali Koreyanın Cənubi Hamqyon ərazisindəki Hodo yarımadasından həyata keçirilib.
Qərargah rəislərinin birləşmiş komitəsi yeni buraxılışlar barədə vəziyyəti daim izləyir və qoşunları hazırlıq vəziyyətində saxlayır.
Xatırladaq ki, Şimali Koreya iyulun 25-də iki qısa mənzilli raketin sınağını həyata keçirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət