Dərc edildi: Baxış sayı: 468
Şimali Koreya qadağan edilmiş raketin sınağını keçirdi
Şimali Koreya BMT Təhlükəsizlik Şurası tərəfindən qadağan edilmiş yaxın mənzilli ballistik raketin sınaqlarını keçirməkdə ittiham olunub.
Axar.az xəbər verir ki, bu iddia ilə Cənubi Koreyanın Qərargah Rəislərinin Birləşmiş Komitəsi çıxış edib.
Cənubi Koreyanın hadisə ilə bağlı ətraflı təhlil apardığı qeyd edilib.
“Koreya Respublikasının Milli Kəşfiyyat Agentliyi ehtimal edir ki, yaxın mənzilli ballistik raket sınağı keçirilib”, - bəyanatda deyilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət