Dərc edildi: Baxış sayı: 317
Şimali Koreya liderinin Cənubi Koreyaya səfərinin vaxtı açıqlanıb
Şimali Koreyanın lideri Kim Çen In cari ilin dekabrında Cənubi Koreyaya səfər etməyə hazırlaşır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın CJ qrupunun sədri Son Gyon Sek məlumat verib.
“Sədr Kim Çen In dekabrda Seula gedəcəyini bildirib”, - deyə o vurğulayıb.
Son Gyon Sek səfərin dəqiq tarixi və marşrutu barədə məlumatı olmadığını qeyd edib.
O, bu həftə Cənubi Koreya prezidenti Mun Çje İnin Şimali Koreyaya səfəri zamanı nümayəndə heyətinin tərkibində olub.
Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Pxenyanda tarixdə beşinci (bu il isə üçüncü) Koreya sammiti keçirilib. İlk sammit 2000 və 2007-ci illərdə, sonrakılar isə 2018-ci ilin yazında baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət