Dərc edildi: Baxış sayı: 521
Şimali Koreya lideri ABŞ Prezidentindən "əla məktub" alıb
Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampdan məktub alıb.
APA-nın məlumatına görə, bu barədə KXDR-in Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Agentliyin məlumatında qeyd edilir ki, məktubu oxuyan K. Ç. İn məktubun məzmunundan razı qaldığını bildirib. Bunu "əla məktub" adlandıran Şimali Koreya lideri məktubun məzmunu üzərində ciddi düşünəcəyini qeyd edib. Ancaq agentlik məktubun məzmununu açıqlamayıb.
Qeyd edək ki, bu ilin fevralında ABŞ və KXDR liderlərinin Vyetnamda keçirilən görüşü nəticəsiz başa çatıb. D. Trampın Şimali Koreya liderinə göndərdiyi məktub ötən il Sinqapurda baş tutmuş birinci Şimali Koreya-ABŞ görüşünün ildönümü ərəfəsində K. Ç. İnın ABŞ liderinə yazdığı məktuba cavab sayılır. D. Tramp da Şimali Koreya liderindən aldığı məktubu "gözəl" və "çox isti" qiymətləndirmişdi. Bununla belə, ABŞ Prezidenti iyunun 21-də Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət