Slimfit
  1. İDMAN

Silvio Berluskoni yeni futbol klubu almaq niyyətindədir

Silvio Berluskoni yeni futbol klubu almaq niyyətindədir
Sakura

Silvio Berluskoni yeni futbol klubu almaq niyyətindədir

İtaliyanın “Milan” futbol klubunun sabiq prezidenti və vitse-prezidenti Silvio Berluskoni və Adriano Qalliani yeni klub almaq üçün danışıqlara başlayıblar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqlar İtaliyanın “C” Seriyasında çıxış edən “Montsa” klubunun alınması ətrafında aparılır.

Silvio Berluskoni 1986-2017-ci illərdə “Milan” klubunun sahibi olub. Onun prezidentliyi dövründə “Milan” klubu səkkiz dəfə İtaliya çempionatının və 5 dəfə isə UEFA Çempionlar Liqasının kubokunu qazanıb. Ötən il Silvio Berluskoni “Milan” klubunu 860 milyon dollara çinli iş adamına Li Yunxuna satıb.

Xatırladaq ki, dünyada ən uğurlu klub prezidentləri siyahısında qərarlaşan sabiq Baş nazir apreldə “Milan”ı geri alacağını demişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR