Slimfit
  1. TEXNOLOGİYA

Silikon Vadisində yaradılan yeni startup heç işləmədən pul qazandıracaq

Silikon Vadisində yaradılan yeni startup heç işləmədən pul qazandıracaq
Sakura

Silikon Vadisində yaradılan yeni startup heç işləmədən pul qazandıracaq

ABŞ-da Silikon Vadisinin sevilən startuplarından “Y Combinator”un yeni layihəsi heç işləmədən pul qazandıracaq.

“Marja” xəbər verir ki, layihənin məqsədi 3 min nəfərə 5 il ərzində qarşılıqsız pul ödəməkdir. Şirkətin bu təcrübə üçün, min nəfərə beş il ərzində hər ay 1000 dollar pul verəcək. Şirkət onlardan bu pulun qarşılığında isə, yalnız yaşayışlarını izləyərək həyatlarının necə dəyişdiyini görmək istəyir.

Qalan 2 min adama da ayda sadəcə 50 dollar ödəyəcək. Bu 2 min nəfər də hər hansı bir şey etmək məcburiyyətində deyil.

“Y Combinator”un əsl məqsədi, robotlarla və süni zəka ilə inteqrasiya olunacaq ictimai həyatda, insanların işsiz qalmasına qarşı təklif edilən sabit gəlirin insanlar və cəmiyyət üzərindəki təsirini müşahidə etməkdir. Gələcəkdə robotlar insanların əvəzinə  işləyərsə, işsiz qalacaq insanlara isə yaşamaq üçün sabit yardım ödənilərsə -bunun hansı nəticələr yaranacağı bu gün araşdırılmaq istənilir. 

Şirkət həmçinin təcrübə zamanı qarşılıqsız pul alan və yaşamaq üçün işləmək məcburiyyətində olmayan insanların bu gəlirlə nə etdiklərini, şəxsi inkişaflarına necə təsirl etdiyini təhlil edərək bu nəticələr əsasında bir hesabat hazırlayacaq.

Mənbə: Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR