Slimfit
  1. AZƏRBAYCAN

Sığorta şirkətlərinin riski azalacaq

Sığorta şirkətlərinin riski azalacaq
Sakura

Azərbaycanda "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun yenidən hazırlanır

 "Kommersant.az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının qanunverici işlər planına salınıb. Milli Məclis layihəni Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hazırlayıb.

Qeyd edək ki, hazırda qüvvədə olan "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun 2002-ci ildə qəbul olunub.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyasında müzakirələrə təqdim ediləndən sonra təfərrüatları da məlum olacaq.

Kənd Təsərrüfatı Nazirliyindən isə "Kommersant.az"a verilən açıqlamada bildirilib ki, aqrar sığorta mexanizminin tələblərə cavab verməməsi kənd təsərrüfatının inkişafına əsas maneədir:

"Sığortalanmayan fermer təsərrüfatını genişləndirməyə, kredit götürməyə risk etmir. Rəqəmlərə diqqət etdikdə görərik ki, əmlak sığortasına görə cəmi haqlarda bitkilər və heyvanlarının sığortasının payı çox cüzidir, bu da əsasən “Aqrolizinq” ASC və bir neçə iri şirkətin payına düşüb. Hər il dövlət büdcəsindən kənd təsərrüfatının sığortalanmasına 1 milyon manat vəsait ayrılır. 2017-ci ildə yalnız 4 sığorta şirkəti kənd təsərrüfatı sığortası sahəsində müəyyən xidmətlər göstərib".

Nazirlikdən eyni zamanda qeyd ediblər ki, ötən il kənd təsərrüfatı sığortası üzrə yığımlar 4.3 milyon manat təşkil edib:

"Ən təkmil aqrar sığorta modeli bu gün Avropanın ispan modeli üzərində hazırlanmış Türkiyənin "TARSİM" modelidir. Bu model həm sığorta şirkətlərinin maraqlarına cavab verir, dövlətdə aqrar sahənin inkişafına şərait yaradır, həm də sığorta qiymətlərinin ucuzluğu ilə fermerlər üçün əlçatandır. Yeni sığorta mexanizmi ilə bağlı qanun layihəsi hazırlanaraq, rəy üçün Nazirlər Kabinetinə təqdim edilib. Yeni qanuna əsasən, Aqrar Sığorta Fondu yaradılması nəzərdə tutulur. Bu fondun olması sığorta şirkətlərinin riskini azaldacaq və onları sığortalamada fəal iştiraka həvəsləndirəcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR