Slimfit
  1. TEXNOLOGİYA

“SHAREit” proqramında boşluqlar “Android” qurğularında fayllar oğurlamaq üçün istifadə edilib

“SHAREit” proqramında boşluqlar “Android” qurğularında fayllar oğurlamaq üçün istifadə edilib
Sakura

“SHAREit” proqramında boşluqlar “Android” qurğularında fayllar oğurlamaq üçün istifadə edilib

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular arasında faylların göndərilməsi üçün nəzərdə tutulan “SHAREit” pulsuz proqramında mövcud olan boşluqlar cinayətkarlara gizlicə istifadəçi məlumatlarını oğurlamağa imkan verib. Səhvləri aşkar edən “Redforce” təşkilatının əməkdaşları onları şirkətin bloqunda ətraflı təsvir ediblər.  

ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, hakerlər müdaxilə üçün ümumistifadəli “Wi-Fi” şəbəkəsindən yararlanıblar. Simsiz internetə qoşulma istifadəçilərə proqramla iş üçün lazım olub.   

Məlumata görə, ümumi şəbəkədə cinayətkarlar tərəfindən “SHAREit” proqram serveri ilə əlaqəli portlar skan edilib. Boşluqlar cinayətkarlara öz qurğularına qurbana aid mobil qurğudan istənilən məlumat və faylları yükləməyə imkan verib.  

Bildirilir ki, səhvlər bir il əvvəl aşkarlanıb. Lakin onların istifadəçilər üçün törədəcəyi mümkün təhlükələr səbəbindən təşkilat əməkdaşları aşkarlanan boşluqları açıqlamamağa üstünlük veriblər. Problemlər 2018-ci ildə proqram tərtibatçıları tərəfindən aradan qaldırılsa da, proqramın səhvsiz versiyası buraxılmayıb.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR