Səyyar notariat xidməti ilə bağlı AÇIQLAMA
Əgər vətəndaşlar səhhəti ilə bağlı yaranan problem səbəbindən notariat ofislərinə yaxınlaşa bilmirlərsə, onlara yerində səyyar xidmət göstərilməsi mümkündür.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu kimi hallar nəzərə alınaraq notariat ofisləri bütün zəruri avadanlıqlarla təchiz olunub:
“Əgər vətəndaşın səhhətində problem yaranarsa, notariat ofisinə getmək mümkün olmasa, bu halda notariat çantasının onun evinə gətirilərək, səyyar xidmət göstərilməsi təşkil oluna bilir. Səyyar “notariat çantaları” dedikdə isə elektron informasiya sisteminə birbaşa çıxış imkanı nəzərdə tutulur. Belə ki, əvvəlcədən bildiriş verən şəxslərə notariat evində səyyar xidmət göstərilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət