Seymur Mövlayevə vəzifə verildi
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinin icrası Seymur Mövlayevə həvalə edilib.
Metbuat.az xəbər verir ki, Seymur Mövlayev buna qədər “Aqrolizinq” ASC-nin sədri vəzifəsində, daha əvvəl isə 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.
Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.
“Aqrolizinq” ASC-nin sədri vəzifəsini qurumun sədr müavini Elmin Rəhmanov icra edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət