Slimfit
  1. MEDİA

Şeyla - "Ehtirasım məni bu peşəyə cəlb etdi"

Şeyla - "Ehtirasım məni bu peşəyə cəlb etdi"
Sakura

"Sev" mahnısı ilə insanların könlünə yol tapmağı bacaran, ancaq buna baxmayaraq uzun müddətdir sənətdən…

Day.Az bildirir ki, sənətdən gedişindən söhbətə başlayan Şeyla öz istədiklərini ortaya qoya bilmədməkdən şikayətlənib.

- Sizi sənətdən küsdürən səbəb nə idi, nə üçün uzaqlaşdınız?  

"Sənətdən getməyimin səbəbləri çox idi və zamanla onların hamısı musiqiyə olan marağımı get-gedə azaltdı. Bəlkə də ən başlıca səbəb - Azərbaycan musiqisinə bir qədər gec gəlməyim oldu. Mən 90-cı illər musiqinin pərəstişkarı idim. O zamanlar 'Karvan', 'Yuxu', 'Rast' kimi adlar parlamağa başlayırdı. Həmin ərəfələrdə, həmçinin, Brilliant Dadaşova, Faiq Ağayev və Aygün Kazımova yaradıcılığın çiçəklənmə dövrü idi. Mənim fikrimcə, məhz o dövrdə onlar daha parlaq və özünəməxsus ifa tərzi ilə seçilirdi. Düzdür, ağır müharibə illəri olsa da, Vətən azadlıq uğrunda savaşaraq yeni başlanğıclar və parlaq gələcəyə doğru ümidlər yaşayırdı. Təbii ki, bu musiqi aləminə də öz təsirini göstərirdi. Eyni zamanda böyük pərəstişkarı olmadığım türk estradası yavaş-yavaş Azərbaycan musiqisinə təsirlərini etməyə başlayırdı. 2000-ci illərdə artıq hər sonrakı mahnı öncəkinə bənzəməyə başladı. Həmin illərdə mən bizim estradaya qulaq asmağı birdəfəlik dayandırdım .

Bundan əlavə qeyd edim ki, mən şou-biznesə zarafat etmiş kimi gəldim. Gəlişim plansız idi yəni. Ailəm musiqi marağıma hobbi kimi yanaşırdı. Düşünürəm ki, dinləyicilərim təəccüblənəcəklər biləndə ki, mahnı oxuduğum zaman, ondan öncə və sonra ticarət və biznes sferasının müxtəlif mövqelərində çalışmışam. Təhsilim maliyyəçidir. Müvafiq olaraq, toylardan, restoranlardan və tədbirlərdən əldə olunan qazanc forması məni maraqlanmırdı. İştirakçısı olduğum çox nadir çıxışlarım ya xeyriyyə məqsədi daşıyırdı, ya da işlədiyim kompaniya üçün xeyirxah jest idi. Və, ən nəhayət, hər dəfə sevgi haqqında oxumağı heç bir zamam təsəvvür edə bilmirdim. Mən həmişə elə düşünürdüm ki, müğənni - 'xalqın səsidir' və həmçinin bir şair kimi sosial yük daşıyıcısıdır. Mən Sting, Pink və kumirim olan Maykl Cekson kimi mühüm sosial hadisələrdən ifa etmək istərdim, lakin dinləyicilər hər zaman 'sevgi' haqqında tələb edirdi"

- Nə üçün bir kliplə kifayətləndiz? Davamı olmadı?

"Sev" brendimi təbliğ etmək üçün "single" şəkilində yaranmışdır. Mahnı "Sənsiz" adlı albomun ərəfəsində cixmışdır. Sonralar, mən "Gözlərəm" adlı mahnı üçün ikinci klipimi çəkdim. Sadəcə "Gözlərəm" lazımlı efir vaxta nail olmadı. İndi "Gözlərəm" klipini dinləyicilər, "Facebook" səhifəmdə və "YouTube" kanalımda görə bilərlər: "Gözlərəm".

- Azərbaycandan gətməyinizə səbəb nə idi?

"ABŞ-da məndən qabaq köçən ailəmlə yenidən birləşmək məgsədi ilə köçdüm. Bir çoxları bunu necə bacardığımı soruşurlar. Beləliklə, ailəm "Green kart" lotereyanın qalibi olaraq ABŞ -a köçmək imkanı qazandılar. Lakin mən ailəmə 9 ildən sonra qoşula bildim. ABŞ mənimçün hər zaman rahat və maraqlı olmuşdur. Ümumiyyətlə təbiətcə özümü kosmopolit hesab edib həmişə həyatımın üçdə bir hissəsini Şərqdə, üçdə bir Amerikada va üçdə bir Avropada yaşamağı istəmişəm".

- Gələcəkdə geri dönüb yeniden mügənnilik fəaliyyətinizi davam etdirmək fikriniz varmı?

"Sosial şəbəkədə görünməyimlə hər gun şəxsi mesajlarda birgə mahnı, yeni klip, hətta produser dəstəyi əməkdaşlıq təklifləri yolladırlar. Təəssüf ki, hal-hazırda onları cavablandırmağa planlaşdırmıram".

- Hal-hazırkı şou-biznes nümayəndələrindən kimləri dinləyirsiniz?

"Xeyr, müasir Azərbaycan musiqisi dinləmirəm. Uzun bir müddət keçəndən sonar, bu yaxınlarda yenə dinləməyə çalışdım, lakin yaddaqalan bir mahnı qabağıma çıxmadı. Bircə Sevda Ələkbərzadənin "Sən Yadıma Düşəndə", yeni versiyasi çox xoş təəccüb yaratdı. Çox zərif alınıb!"

- Bəs hal-hazırda nə işlə məşğulsunuz və gələcək planlarınız nədən ibarətdir?

"2003-cü ildə dünyanı fəal kəşf etməyə başladım. Demək olar ki, bu ehtirasım məni asas peşəkar sənaye turizmə сəlb etdi. İkinci oğlum dünyaya gələndən sonra mən nəhayət ki ozümü turizm sahəsində sınamağa qərar verdim və tezliklə "TripAdvisor" korporasiyasının bir hissəsi olan Viator şirkətində işə başladım. Həyat yoldaşımla San Franciscoya köçməyimiz də karyerama böyük təkan verdi, çünki Silikon vadisi təbii ki, çoxsaylı texnologiya şirkətlərinin doğum yeri sayılır və bildiyiniz kimi, texnologiya olmadan bu günkü turizm sənayesi təsəvvür edilə bilməz.

Lakin, Los Ancelesdən köçməyimizin də öz nöqsanları var imiş. Ailəm orada qaldığında mən iki körpə uşaq valideyin va ya tam iş qrafiki seçim qarsında qaldım. Buna görə də, hal hazırda ən azı bir müddət LA-a qayıtmaq fikirindəyik. İki ay bundan qabaq mən işdən çıxıb uşaqların qayğısına qalmaqa qərar verdim. Nəyi gizlədim, anaların çoxusu kimi, hal-hazırda mən fərdi böhran yaşamaqdayam. Çünki bütün varlığım daimi diqqət tələb edən oğullarımın ətrafında dönür. Amma əminəm ki, bu müvəqqəti bir prosesdir çünki böyüdükcə onlar daha müstəqil olurlar. Və mən ümüdvaram ki, bütün fikirlərim və təxirə salınan planlarım tezliklə müvafiq olacaq. Şübhəsiz ki, turizm sahəsinə qayıdıb səfərlərimi davam etdirməyi planlaşdırıram".

- Azərbaycana gəldiyinizdə kimlərlə görüşürsünüz?

"Bakıya tez-tez gəlmək alınmır. Gələndə də əsasən bir neçə günlük qohum və yaxın dostlarımı görmək qısa bir fürsət yaranır. Lakin, ailəmlə birlikdə Azərbaycanın bütün bölgələrinə səyahət etmək və müxtəlif yerlərin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq arzusundayam. Elə gətirib ki, Azərbaycanda yaşadığım müddət ərzində cəmi bir neçə rayona baş çəkmək mənə qismət olub".

- Nə vaxtsa vətənə gəlib, azərbaycanlı tamaşaçılaramız üçün konsert vermək istərdinizmi?

 

Mən belə düşünmürəm. Hal-hazırda belə bir planlarım yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR