Slimfit
  1. ƏDƏBİYYAT

Seyid Əzim Şirvani - Mir Cəfərə xitab (Cəfər, ey qönçeyi-gülüstanım)

Seyid Əzim Şirvani - Mir Cəfərə xitab (Cəfər, ey qönçeyi-gülüstanım)
Sakura

Seyid Əzim Şirvani - Mir Cəfərə xitab (Cəfər, ey qönçeyi-gülüstanım)

Cəfər, ey qönçeyi-gülüstanım! 
Ey mənim bülbüli-xoşəlhanım! 
İki yüz yetmiş üçdə, bəd həzar, 
mötədil fəsl idi, zəmani-bahar. 
Səni həq mən fəqirə qıldı əta, 
Kəbeyi-qəlbimə yetişdi səfa. 
On beş ildir ki, ey ətayi-əzim, 
Sənə adab eylərəm təlim. 
Yetibən əqlə sərfəraz oldun, 
Dəxi məndən ki, biniyaz oldun... 
Demirəm mən gedən təriq ilə get. 
Sənə bürhan deyil təriqi-pədər,
Gör nə yol getdi zadeyi-Azər. 
Demirəm rus ya müsəlman ol, 
Hər nə olsan get, əhli-ürfan ol... 
Ey gözüm nuru, ey ətayi-xuda, 
Sənə Şirvanda oldu nəşvü nüma 
Gərçi viranə oldu zəlzələsən, 
Çıxmayıb mərifət bu mərhələdən. 
Vardır hər guşədə yüz əhli-kəmal, 
Hər biri əhli-elmü sahibi-hal... 
Xassə kim, padşahi-kişvəri-Rus 
Edəli təxti-ədlü dad cülüs, 
Eləyib tərbiyət kəmal əhlin, 
Gətirib halə bir məhal əhlin. 
Hər vilayətdə açdı məktəblər, 
Çatdılar feyzə əhli-mənsəblər. 
Oxunur onda müxtəlif dillər, 
Həll olur onda cümlə müşküllər. 
Ey oğul, bu dəlili-bişəkdir, 
Adəmi-bisəvad eşşəkdir... 
Həq buyurmuş ki, ixtilafi-lisan 
Nemətimdəndir, ey güruhi-cahan! 
Kim ki, bəs bir dil eyləsə hasil, 
Oldu bir nemətə o kəs vasil. 
Cəhd qıl neməti-təmamə yetiş, 
Elm təhsil qıl, məqamə yetiş 
Ey oğul, hər lisanə ol rağib, 
Xassə ol rus elminə talib. 
Onlara ehtiyacımız çoxdur, 
Bilməsək dil, əlacımız yoxdur. 
Çatmayıb şərdən bizə bu xəbər – 
Ki, ərəbdən siva dil oldu hədər. 
Nə ərəbdir xuda, nə rum, nə zəng, 
Nə həbəşdir, nə zəngbarü firəng, 
Xah boq, xah tanrı, xah xuda 
Birdi mənada, ey düri-yekta. 
Ləfz edirsə ifadə mənanı, 
Sərf edər əhli-mərifət anı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR