Dərc edildi: Baxış sayı: 715
Seyid Əzim Şirvani - Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib
Maşallak, bu gözəl kimdi ki, Şirvanə gəlib,
Ləbini mürdəyi-sədsalə görüb canə gəlib.
Həmdlər xadiqi-bimislə ki, Şirvam genə,
Salmağa tazədən ol müğbəçə samanə gəlib.
Meydə yox ləli-ləbində olan asari-səfa,
Sanma kim, gərdişə hərgiz belə peymanə gəlib.
Vərəqi-arizi-alın görüb ol lalə rüxün,
Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib.
Demərəm adını mən, bax səri-hər beytə bu gün,
Bilisen Seyyid özün kimdi ki, Şirvanə gəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət