Slimfit
  1. ƏDƏBİYYAT

Seyid Əzim Şirvani - Həmədan hakimi

Seyid Əzim Şirvani - Həmədan hakimi
Sakura

Seyid Əzim Şirvani - Həmədan hakimi

Gəldi bir hakimi-ümüvv-məkan, 
Həmədan ölkəsində oldu əyan – 
Ki, eşitmişdi ol büləndməkan 
Bir nəfər şəxsi sahibi-ehsan – 
Kim, o şəxsin gözəl səxavəti var, 
Süfrəsi, lütfü, bəzli-dövləti var, 
Sahibi-bəzlü cuddir ənam, 
Füqərayə müdam edir ikram. 
Geydi bir köhnə sovb ol sərvər, 
O səxinin yanına gəldi, məgər, 
O səxi etmədi ona ikram, 
Görmədi bəzlü cudü süfrə, təam. 
Gəldi hakim evində tutdu qərar, 
Görmədi onda lütfdən asar. 
Sübh geydi libası-zərtarı, 
Caməsin etdi rəngi-gülnari. 
Görcək ol şəxs eylədi pişvaz, 
əlini tutdu, qıldı çox ezaz. 
Xoş səfa eylədi, dua qıldı, 
Mədhlər söylədi, səna qıldı. 
Dedi: - Qurban sənə bu ev, bu eşik, 
Mən gərəkdir çəkəm qapında keşik. 
Etdi amadə neməti-əlvan, 
Kəbkü teyhuvü bərreyi-büryan. 
Gördü hakim çün ol sərəncamı 
O ziyafətləri, o ikramı, 
Gətirib löqmə-löqmə peyvəstə 
Düzdü əlvan libasının üstə. 
Dedi ev sahibi: - Nə halətdir, 
Tutduğun iş xilafi-adətdir. 
Dedi ki, mən dünən də gəlmiş idim, 
Səni mən cud əhli bilmiş idim. 
Görmədim səndə cuddan asar, 
İndi gördün libasımı zərtar. 
Sən mənimçün ziyafət etməmisən, 
Yox, bu paltarə hörmət eyləmisən. 
Bəs yesin bu qidaları bu libas, 
Həqq olan sözdən eyləmə vəsvas.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR