Slimfit
  1. ƏDƏBİYYAT

Seyid Əzim Şirvani - Hatəmin macərası

Seyid Əzim Şirvani - Hatəmin macərası
Sakura

Seyid Əzim Şirvani - Hatəmin macərası

Səxavət nəzminin şirin zəbanı, 
Fəsahət mülkünün xoş tərcümanı, 
Bu növ ilə sözü çəkmiş bəyanə - 
Ki, bir il qəhtlik düşdü cahanə, 
Qəzadən bir gecə ol Hatəmi-Tey 
Yeməkçün axtarıb tapmadı bir şey. 
Özü, oğlu, qızı, həm övrəti ac, 
Haman şəb qaldılar allahə möhtac. 
Uşaqlarçün dedi Hatəm fəsanə, 
Ol əfsanə olub xabə bəhanə. 
Gedib xabə şərifü həm vəzin 
Qalıb bidar özü, ancaq zəcii. 
Bu oldu ol gecə məqsudi-Hatəm 
Yatırsan övrətin əfsanədən həm. 
Olub bərxurd övrət ol hesabə, 
Özünü qoydu əmdən nuşi-xabə. 
Neçə dəfə çağırdı Hatəm anı, 
Sədası yox, sağın çıxmışdı canı. 
Çü qadir olmadı övrət cəvabə, 
Sağında Hatəm ol həm getdi xabə - 
Ki, nagəh xeymə dalından bir övrət 
Dedi: - Ey Hatəm, ey şahi-səxavət 
Uşaqlarım qalıbdır bu gecə ac, 
Olub bir loğməyə məcmui möhtac. 
Bu aclıqdan yetibdir canə afət, 
Kərəm qıl, ey şəhi-mülki-səxavət. 
Dedi Hatəm: - Get, ey miskinü dilgir, 
Gətir ətfa lüvü, ta eyləyim sir. 
Bu rəmzi madiyə çün qıldı isğa, 
Təbəssüm eylədi, key mərdi-dana, 
Əgər bir löğməyə vardır gümanın, 
Neçün ac yatdı əhli-xanimanın? 
Tutum ki, gətdi ətfalın ol övrət, 
Hanı sirr etməyə xanəndə nemət? 
Əgər var idi bir nemət xəyalın, 
Neçün əfsanədən yatdı əyalın? 
Durub Hatəm yerindən ol bəlakeş 
Yığıb hiyzüm, mühəyya qıldı atəş. 
Atın zibh eylədi, tez qıldı büryan, 
Qəbail xeyrinə həm qıldı ehsan. 
Dedi: - Düşmə, ey övrət, iztirabə, 
Durub mehmanım ol sən də kəbabə. 
Oyat ətfalüvü, ehsanə gəlsin, 
Yeyib yeksər kəbabi, canə gəlsin. 
Xəbərdar etməyə xəlqi o xanə, 
Özü Hatəm gəzirdi xanə-xanə. 
Gəlib sirr etdi həm övrət əyalın, 
Yedi, doldurdu ətdən dəstmalın. 
Qəbail xeyli yeksər oldular şad, 
Dedilər: - Xaneyi-ehsanın abad! 
Tox oldu, ac qarınlar cümlə doldu, 
At öldü, itlərin bayramı oldu. 
Bu fikr ilə ki, nemət olmasın kəm, 
O ətdən dadmadı, ac qaldı Hatəm. 
Əgər var səndə həm, Seyyid, bu hikmət 
At öldür, ad çıxar, göstər səxavət. 
Səxavətdir sifatullahi-əhsən, 
Səxavətdən olursan bəhrəvər sən. 
Səxavət bir diyari-xoşfəzadır, 
Onun şahi Əliyyül-Mürtəzadır. 
Bu üzdəndir buyurdu şahi-əkrəm, 
Səhavət əhli görməzlər cəhənnəm. 
Qərəz ki, zümreyi-mərdanə zinət, 
Səxavətdir, səxavətdir, səxavət.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR