Slimfit
  1. AZƏRBAYCAN

Seyid Camal Əzimbəyli Ramil Usubova təşəkkür etdi

Seyid Camal Əzimbəyli Ramil Usubova təşəkkür etdi
Sakura

Seyid Camal Əzimbəyli Ramil Usubova təşəkkür etdi

Bir neçə gün öncə Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin Cəlilabad rayonundan Bakıya qayıdarkən həyat yoldaşı, “Yeni Üfüq” İctimai Birliyinin rəhbəri Sevinc Əzimbəyli ilə birgə avtomobil qəzasına düşdüyü barədə xəbər vermişdik.

Publika.az-la əlaqə saxlayan C.Əzimbəyli bu xəbərə Daxili işlər naziri Ramil Usubovun dərhal reaksiya verdiyini və aidiyyəti qurumların lazımi addımlar atdığını bildirib. O, çevik reaksiya göstərdiyi üçün R.Usubova təşəkkürünü çatdırıb: “Biz o gün Cəlilabaddan xeyriyyə aksiyasından qayıdırdıq. Məqsədimiz dövlətimizə, dövlətçiliyimizə dəstək olmaq, aztəminatlı ailələrə qismən də olsa yardımçı olmaqdır. Cənab Prezident İlham Əliyevin sosial siyasətinin həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Məhz belə sosial aksiya məqsədilə Cəlilabada getmişdik və qayıdan zaman xoş olamayan hadisə yaşandı.

Qəza zamanı mən və həyat yoldaşım yüngül xəsarət almışdıq. Məhz qəza törədən avtomobilin sürücüsünün özündə olmaması və kimlərinsə onu mühafizə etməsi məni çox üzmüşdü. Lakin cənab nazir hadisədən xəbər tutan kimi dərhal göstərişlər verdi. Məhz nazirimizin müdaxiləsindən sonra haqq öz yerini tapdı. Günahkarlara qarşı hüquqi prosedur başladılmaqla yanaşı, qarşı tərəfdən bizə dəyən ziyan da ödənildi.

Daim dövlətçiliyimizin qorunması istiqamətində var qüvvəsi ilə çalışan, asayişin mühafizə olunmasında müstəsna xidmətləri olan Ramil Usubov bu addımı ilə bir daha göstərdi ki, günahı olan kimsə qanundan yayına bilməz. Və qanun qarşısında hamı bərabərdir. Mən bir daha cənab nazirə minnətdarlığımı bildirirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR