Dərc edildi: Baxış sayı: 463
Şəxsiyyət vəsiqəsi haqda qanuna bu dəyişiklik ediləcək
“Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.
“Qafqazinfo” nun məlumatına görə, dəyişikliyin mahiyyəti yeni nəsil şəxsiyyət vəsiqələrinə yerləşdirilən elektron daşıyıcıya (çipə) vətəndaşların əl-barmaq izlərinin daxil edilməsidir. Layihəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.
Eyni zamanda, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar maddəsinə (Maddə 3) barmaq izləri sözü əlavə edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət