Slimfit
  1. AZƏRBAYCANLI

Səxavət Məmmədovun Amerikadakı yadigarı

Səxavət Məmmədovun Amerikadakı yadigarı
Sakura

Səxavət Məmmədovun Amerikadakı yadigarı

Azərbaycan ifaçılıq sənətinin zirvəsində yer alan xanəndələrdən biri də Səxavət Məmmədov idi. Cəmi otuz yeddi il yaşasa da sənəti ilə ölməzlik qazanan sənətkarlardan biri oldu. İyirmi səkkiz ildir ki, aramızda yoxdur. Fəqət adı bu gün də ehtiramla çəkilir, ruhuna rəhmət oxunur. Səsində, avazında yaşayan bu sənətkarın xalq tərəfindən dəyəri verilsə belə, hələ də dövlət tərəfindən heç bir təltifi olmayıb. Təcrübədə vəfatından sonra müxtəlif fəxri adlarla, orden və medallarla təltif olunan mərhumlar az olmayıb. İnanıram ki, nə vaxtsa ölkə rəhbəri Səxavət Məmmədovu sağlığında haqq etdiyi “Azərbaycanın xalq artisti” fəxri adına layiq görəcək...

Bəli, bu gün sizə xalqımızın sevimli oğlu, ustad sənətkar Səxavət Məmmədovun yadigarlarından biri- ABŞ-ın Merilənd ştatında yaşayan Bəxtiyar Məmmədovdan söhbət açmaq istəyirəm.
Çox istedadlı, bacarıqlı, iradəli insandır. Səkkiz yaşından AzTv-də yayımlanan “Sehirli güzgü” verilişində aparıcılıq edib. Bir müddət sonra “Məktəblilərin Tusi klubu” verilişini aparıb. 1992-ci ildən 2002-ci ilədək UNİCEF-in xətti ilə hər ilin dekabr ayında ölkəmizdə keçirilən Uşaqların Televiziya və Radio Gününə həsr olunmuş altı saatlıq canlı televiziya verilişinin iki aparıcısından biri olub. Yeri gəlmişkən, həmin verilişdə ölkə rəhbəri şəxsən iştirak edirdi. Bundan əlavə o, məşhur “Yuxu” bədii filmində aktyorluq da edib, Bədəl roluna çəkilib...

Bəxtiyar 1984-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib. Bir yaşı olanda Bakıya köçüblər. Orta təhsilini 1991-ci ildə 52 saylı orta məktəbdə başlasa da, 2001-ci ildə 43 saylı litseyi fərqlənmə attestatı ilə başa vurub. Yüksək balla BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisasına qəbul olunub. 2005-ci ildə oranı bitirdikdən sonra Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının magistraturasında təhsilini davam etdirib. 2006-cı ildə Diplomatiya Elmləri Magistri dərəcəsini alaraq, vətənə dönüb. 2008-ci ildək BDU-da Beynəlxalq Hüquq ixtisası üzrə təhsil alıb və daha bir magistr diplomuna yiyələnib.
2007-ci ildə test imtahanlarından uğur qazanaraq, Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb. Bir il sonra yenidən imtahan verərək diplomatik ataşe ranqına yüksəlib. 2010-cu ilin sentyabrınadək nazirliyin 2-ci ərazi idarəsində diplomatik ateşe vəzifəsində çalışıb. 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin konsulluq məsələləri üzrə 3-cü katibi olub. 2013-2015-ci illərdə XİN-in Yaxın Şərq və Afrika ölkələri idarəsində 2-ci katib işləyib. 2015-2018-ci illərdə Azərbaycanın İtalyadakı səfirliyində konsulluq məsələləri üzrə 2-ci katib vəzifəsində çalışıb. 2018-ci ildən Amerikada yaşayır...

...Ömür-gün yoldaşı Səkinə xanım Məmmədova ixtisasca tarixçidir. İki övladı var. Oğlu Cüneyd 8, qızı Eskinaz 5 yaşındadırlar...

Bəxtiyar ABŞ-a rahat yaşamaq, var-dövlət sahibi olmaq eşqi ilə gəlməyib. O, buraya təhsilini davam etdirmək, daha mükəmməl savada yiyələnmək üçün üz tutub. Hazırda Vaşinqton Universitetində növbəti magistr (MBA üzrə) təhsilini alır. 2021-ci ildə oranı bitirib, sənədlərini doktoranturaya təqdim etməyi planlaşdırır...

Arzuları çoxdur. Qarabağın işğaldan azad olunması, övladlarını cəmiyyətə yararlı insan kimi yetişdirməsi onun ən böyük arzularındandır. Daha böyük nailiyyətlər qazanıb, ətrafına yardım etmək, ehtiyacı olanlara əl tutmaq istəyir. Musiqini çox sevir. Pianoda, tarda ifa etməkdən yorulmur. Səyahət etməyi, müxtəlif ölkələrin muzeylərində olmağı xoşlayır...

Deyir ki,- “Harada olsam da özümü Azərbaycanın bir zərrəsi hesab edirəm. Mənim üçün vətənim dünyanın ən gözəl məkanıdır. Qoy, xalqımın başı həmişə uca olsun!”...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR