Slimfit
  1. PSİXOLOGİYA

Sevgiliniz sizi niyə aldadır? – SƏBƏBLƏR

Sevgiliniz sizi niyə aldadır? – SƏBƏBLƏR
Sakura

Sevgiliniz sizi niyə aldadır? – SƏBƏBLƏR

Sevgiliniz sizi daim aldadır? Bəlkə də bunu yaradan səbəbi bilsəniz, çarəsini də tapmış olacaqsınız. “Gencaile.az” araşdırmalar nəticəsində ortaya çıxan aldatma səbəblərini diqqətinizə çatdırır.

Oksitosin əskikliyi

Mütəxəssislərə görə, aldatmanı alovlandıran ünsürlərin başında oksitosin əskikliyi gəlir. Oksitosin, qucaqlaşma hormonu olaraq adlandırılır, münasibətlərdə güvənmə şəraitini yaradan və qoruyan təsirə sahibdir.

İş və iş səyahətləri

Aldatma ilə bağlı aparılan sorğulara görə, hər 3 kişidən biri həyat yoldaşlarını, ya da sevgililərini iş səyahəti zamanı aldadırlar. Qadınların 13 faizi iş yerində əlaqə yaşayır. İş yerində aldatmanın evliliyin ən həssas zamanları olaraq göstərilən 6 ilə 9-uncu illər arasında sıx göründüyü müəyyənləşdirilib.

Sosial şəbəkələrlə çox maraqlanmaq

Aldatma riskinin artdığı səbəblərdən biri də sosial şəbəkələrdə çox zaman keçirməkdir. Cütlüklərdən birinin instaqram, tvitter kimi sosial şəbəkələrə çox maraq göstərməsi yatağa tək başına getməsinə səbəb ola bilir. Virtual əlaqələrin reala çevrilmə riski də olduqca çoxdur.

Yaxın və darıxdırıcı əlaqələr

Araşdırmalara görə, seks həyatında axtardığı həyəcanı tapmayan kişilərin 70 faizi, qadınların isə 49 faizi aldatmağa daha meylli olur. Əlaqələrində xoşbəxt olduqları müşahidə edilən bu şəxslərin aldatmasının tək səbəbi seks həyatındakı darıxdırıcılıq ola bilir.

İctimaiyyətin və müşahidələrin təsiri

Daha əvvəlki münasibətlərində sədaqətsiz olan şəxslər yeni münasibətlərində də eyni alışqanlıqlarına davam edə bilir. Son aparılan sorğulara əsasən, həyat yoldaşları, ya da sevgililərini aldadan kişilərin 75 faizinin dostları da özləri kimi aldatma potensialına sahibdir.

Hisslərini bəlli etməmək

Partnyorlarından lazımi dəstəyi və sevgini görməyən kişilərin və qadınların aldatmaya meylliliyi digərlərinə nisbətən daha çoxdur. Hisslərini bildirmək istəməyən kişilərə sahib qadınlar üçün isə bu hal ikiqat daha çətindir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR