Slimfit
  1. İQTİSADİYYAT

Səudiyyəli nazir: “OPEC+” razılaşması tarixi addım və tarixi sənəddir

Səudiyyəli nazir: “OPEC+” razılaşması tarixi addım və tarixi sənəddir
Sakura

Səudiyyəli nazir: “OPEC+” razılaşması tarixi addım və tarixi sənəddir

Səudiyyə Ərəbistanının Energetika Əbdüləziz bin Salman deyib ki, “OPEC+” koalisiyasının neft hasilatını gündəlik 9,7 milyon barrel azaltması ilə yanaşı, gələn ay ölkəsi, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə apreldə qlobal neft bazarına çıxarılan artıq həcmdə nefti də kompensasiya edəcək. Nazi əldə olunan razılaşmanı tarixi addım və tarixi sənəd adlandırıb.

AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Enerji naziri Süheyl Əl-Məzruyi isə gələn ay ölkəsinin sutkalıq neft istehsalını 4,1 milyon barrel həcmində azaldacağını bəyan edib. Küveytin Neft naziri Xalid Əl-Fədhəl də may və iyun aylarında gündəlik hasilatın 410 min barrelədək azaldılacağını bildirib.

Qeyd edək ki, mayın 1-dən qlobal neft hasilatı 10 faiz azaldılacaq. Hazırda isə dünyada neftə olan tələbat 20 faiz aşağı düşüb. Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti aprelin 14-də xam neftin rəsmi satış qiymətini açıqlayacaq. Krallıq “OPEC+” alyansının qərarı çərçivəsində hasilatı 23 faiz azaltmağı öhdəsinə götürüb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR