Dərc edildi: Baxış sayı: 596
Səudiyyə qadınları hərbi paradda iştirak edəcək –İlk dəfə
Səudiyyə Ərəbistanının tarixində ilk dəfə Milli Gündə qadınlar da hərbi paradda iştirak edəcəklər.
Strateq.az “Səbq” qəzetinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı 23 sentyabrı Milli Gün kimi qeyd edir.
Səudiyyə tacdar şahzadəsi Məhəmməd bin Salmanın səyləri ilə ölkə qlobal arenaya yenidən daxil olmağa, iqtisadiyyatını dünya ticarətinə açmağa və cəmiyyətdə əvvəllər “qeyri-İslam hərəkətlər” adlandırılanları həyata keçirməyə çalışır.
Kral Salman bin Əbdüləziz 4 oktyabr 2016-cı ildə Səudiyyə qadınları üçün avtomobil sürmə qadağasını ləğv edib, lakin fərman təxminən 9 ay sonra icra olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət